“Traktor” uduzdu
02.11.2019 , 12:25

İran çempionatında VIII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” “İstiqlal”la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.
“Traktor” hazırda 17 xalla 16 kollektiv arasında 2-ci yerdə qərarlaşıb.
