“Trabzonspor” klubu Avropa Liqası pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Rostov”la oynayacağı qarşılaşma öncəsi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə,”Trabzonspor”da son məşqdə zədələnən portuqaliyalı futbolçu Jose Bosinqva ilə Kevin Konstant “Rostov”la oyunda komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, ilk oyun türklərin 2:0 hesablı qələbəsi ilə başa çatıb
