“Trabzonspor”dan yeni transfer
28.06.2023 , 14:25
“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Panatinaikos”un yarımmüdafiəçisi Dimitrios Kurbelisi transfer edib.
29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Dimitrios yeni klubuna azad agent olaraq keçib.