“Trabzonspor”da oynamağa hazıram” – Şehiç
03.01.2019 , 18:31

Menecerlər vasitəsilə “Trabzonspor”a təklif olunan “Ərzurumspor”un qapıçısı İbrahim Şehiçlə bağlı yeni iddia ortaya atılıb.
Bosniya və herseqovinalı qolkiperin Qaradəniz təmsilçisinə xəbər göndərdiyi bildirilir. 30 yaşlı qolkiper “münasib maliyyə şərtləri qarşılığında “Trabzonspor”da oynamağa hazıram” deyib.
Qeyd edək ki, Şehiç ötən mövsümün sonunda “Qarabağ”dan “Əruzurumspor”a keçib.
