Avroliqada dünən “Trabzonspor” səfərdə Polşanın “Legia” Varşava komandasının qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Korner.az-ın məlumatına görə, bununlada avrokuboklarda səfərdə dalbadal 5-ci qələbəsini qazanan “Qara dəniz fırtınası” bunu bacaran ilk türk komandası olub.
Bundan əvvəl isə “Fənərbağça” Avroliqada ardıcıl 4 səfər qələbəsi qazanmışdı.
Dünənki qələbəylə “Trabzonspor” əzəli rəqibini geridə qoydu.
