“Tottenhem” onun transfer hüquqlarını aldı
18.06.2023 , 15:13
“Tottenhem” “Yuventus”dan icarəyə götürdüyü Deyan Kuluşevskinin transfer hüquqlarını alıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Bu transfer üçün “Tottenhem” Turin klubuna 30 milyon avro ödəyəcək.