“Topaz” Premyer Liqanın XX turunda baş tutacaq oyunların əmsallarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, mərc kantoru “Xəzər Lənkəran” – “Neftçi” oyununda qonaqların qələbəsini proqnozlaşdırıb.
Belə ki, “ağ-qaralar”ın “Böyük oyun”dakı qələbə əmsalı 1.90-dı. “Xəzər Lənkəran”ın qələbəsinə və heç-heçəyə 3.20 əmsal verilib.
Turun mərkəzi qarşılaşmasında – “Qəbələ” – “Qarabağ” matçında meydan sahibləri favoritdi – 2.10. “Qarabağ”ın qələbəsi 2.85-ə bərabərdi. Matçın heç-heçə bitəcəyini düşünənlər 3.10-a pulo qoyuluşu edə bilər.
Digər oyunlara gəlincə, “Bakı” “Simurq”la, “İnter” “Rəvan”la, AZAL “Sumqayıt”la matçın favoritidi.
Qəbələ – Qarabağ (2.10 – 3.10 – 2.85)
AZAL – Sumqayıt (1.25 – 4.10 – 8.00)
Rəvan – İnter (5.20 – 4.10 – 1.40)
Simurq – Bakı (3.20 – 3.30 – 1.85)
Xəzər Lənkəran – Neftçi (3.20 – 3.20 – 1.90)
