big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Tahir Gözəl: “Qarabağ”ın uğuru Azərbaycanın uğurudu”

23.07.2015 , 10:08

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib.

Korner.az-ın məlumatına görə, o, Ağdam təmsilçisinin dünənki qələbəsinə toxunmaqla yanaşı, Çempionlar Liqasının növbəti təsnifat mərhələsində “Seltik”lə keçiriləcək oyunlara da toxunub.

– “Qarabağ” klubu Azərbaycan üçün önəmli funksiya daşıyır. İşğal olunmuş torpaqları və Qarabağı heç vaxt unutmuruq. Təbii ki, torpaqlarımızın işğaldan azad olacağına inamımız böyükdü. Dövlətimizin həm hərbi, həm də iqtisadi gücü buna qadirdi. Biz buna inanırıq və əminik. “Qarabağ” hazırda 1 milyon məcburi köçkünün ümididi. Ağdamın işğal günü ərəfəsində “Qarabağ”ın Çempionlar Liqasında qələbə qazanması, mərhələ adlaması məcburi köçkünlərin qəlbində belə üzücü gündə təsəlli, ümid işığıdı. Sevinirik ki, “Qarabağ” belə bir məqamda qələbə qazanaraq xalqımızı sevindirə bildi.

– “Rudar”la oyunda komandadan razı qaldızmı?

– Təbii ki, komandamın oyununu həyəcanla izlədim. Hələ Bakıdakı ilk matçdan sonra rəqibin müdafiə olunduğunu və Monteneqroda “Qarabağ”ın növbəti mərhələyə çıxacağına inandığımı bildirmişdim. Göründüyü kimi, komandamız oyunboyu hücumda oynadı, nəticə qazanmaq üçün əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Komandamızın məzmunlu oyununu Reynaldo vurduğu gözəl qolla tamamladı. Braziliyalı forvard xarakter nümayiş etdirərək, nə qədər önəmli oyunçu olduğunu göstərdi. Komandam ən yaxşısını nümayiş etdirərək, növbəti mərhələyə yüksəlməyi haqq etdi.

– Növbəti rəqib məşhur “Seltik” klubudu…

– Təbii ki, “Seltik” dünyanın ən tanınmış komandalarından biridi. Klubun tarixinə nəzər saldıqda, necə böyük komanda olduğunun şahidi oluruq. Son illərdə ölkəsinin dəyişməz çempionudu. Məlum olduğu kimi, ilk oyun Şotlandiyada olacaq. Böyük Britaniyaya viza alınması bir qədər çətin prosesdi. Krallığın ölkəmizdəki səfirinə göstərdiyi həssaslığa görə öz təşəkkürümü bildirirəm. Qısa zamanda viza alınması üçün köməyini əsirgəmədi. “Qarabağ” daha bir dünya nəhəngini Bakıya gətirəcək. Təbii ki, mən hər zaman olduğu kimi, komandama inanıram. “Qarabağ” “Seltik”ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq. “Qarabağ”ın uğuru Azərbaycanın uğurudu. “Seltik”lə mübarizə hamımız üçün maraqlı çağırış olacaq. “Qarabağ” hər zaman öz duruşunu qoruyacaq. Nəticə nə olursa olsun, mən komandamın arxasındayam.

Son yazılar

To Top