big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Tahir Gözəl polis zorakılığından danışdı: Məsələni belə qoymayacağıq – MÜSAHİBƏ

26.05.2016 , 07:05

Dünən ölkə kubokunun finalı çərçivəsində keçirilmiş “Qarabağ” – “Neftçi” matçından sonra polislə toqquşmada Ağdam təmsilçisinin azarkeşləri xəsarət alıb.

Korner.az-ın məlumatına görə, “Qarabağ” klubunun rəhbərliyi oyundan sonra xəstəxanaya gedərək, xəsarət almış azarkeşlərə baş çəkib. 

Ağdam klubunun prezidenti Tahir Gözəl Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun çıxışında “komanda.az”, “futbolinfo.az” və “sport7.az” saytlarının əməkdaşlarının suallarını cavablandırıb. Klub prezidenti baş vermiş hadisədən təəssüfləndiyini deyib:

– Çox üzücü bir hadisə baş verdi. Oyundan sonra futbolçular sevincini bölüşmək üçün formasını azarkeşlərə tərəf atdı. Azarkeşlər də formanı almaq üçün aşağı düşən məqamda polis panikaya düşdü. Onlar elə bildilər ki, azarkeşlər meydançaya çıxmaq istəyirlər. Bundan sonra polis azarkeşlərə sərt müdaxilə etdi.
Bunun da nəticəsində, bir neçə azarkeşimiz xəsarət aldı. Onların vəziyyətiylə maraqlandıq. Yüngül xəsarət alıblar. Bu hadisə bizi çox üzdü. Belə gözəl bir axşamda bu cür hadisə yaşamaq istəməzdik.
Biz “Qarabağ” rəhbərliyi olaraq baş vermiş bu hadisədən narazılığımızı bildirəcəyik. Məsələnin necə baş verməsini araşdıracağıq. Polislə birgə araşdıraraq, hadisənin necə olduğunu dəqiqləşdirəcəyik. Burda əsas məqsəd, gələcəkdə bu cür halların qarşısını almaqdı. Fan-klublar və polis belə vəziyyətlərin baş verməməsi üçün nə etməlidi, onu öyrənməliyik.

– Məsələni yuxarı instansiyalara daşıyacaqsız?
– Bizim birinci məqsədimiz məsələni araşdırmaqdı ki, görək bu hadisə necə baş verib. Məsələni araşdırdıqdan sonra bu barədə ətraflı müzakirə edə bilərik ki, bu hadisə necə olub və bunun qarşısını necə ala bilərik.

– Bir az öncə yaralı azarkeşlə görüşdüz. O sizə nə dedi?
– İnciyib. Söhbət etdik. Rəşad (azarkeş) mənə dedi ki, “abi bu kuboku Ağdama aparacağıq?”, mən də dedim ki, “mən sənsiz getmərəm”. O da başa düşdü. Bildi ki, məsələni belə qoymayacağıq, arxasınca gedəcəyik.

– Bu, birinci belə hal deyil. “Qəbələ”nin avrokuboklardakı oyununda da bu cür hadisə baş vermişdi. Danışıqlar apararaq polisləri stadionlardan uzaqlaşdırmaq mümkündümü?
– Bu məsələri araşdırmadan qərar vermək olmaz. Polislər də bizimdi. Biz gərək hər iki tərəfdən bunu araşdıraq. Azarkeşlərin o cür hərəkəti polisdə bir ajiotaj yaratdı. Polis də panikaya düşdü.

– Avropada belə bir təcrübə var ki, stadionda təhlükəsizliyi klubun mühafizə xidməti təmin edir. Belə bir təcrübəni Azrbaycanda da etmək olmazmı?
– Bu, oyunun böyüklüyünə baxır. Əmin olsaq ki, özümüz bacararıq, polisə müraciət edərək, bu təkliflə çıxış edə bilərik. Ancaq biz bu barədə polisə yalnız təklif verə bilərik.

– İki nəfər azarkeşin saxlandığı deylir. Onlar buraxılıb?
– Mənim bundan xəbərim yoxdu. (Bu vaxt klub rəsmiləri Tahir Gözələ azarkeşlərdən birinin buraxıldığını, digərinin də buraxılacağını bildirdilər).

Son yazılar

To Top