"Bugünkü oyun Azərbaycan çempionatının ən gözəl matçlarından biri idi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçrilən "Neftçi"-"İnter" oyunundan sonra bildirib.
"Ağ-qaralar"ın gənc çalışdırıcısı futbolçulara təşəkkür edib:
"2012-ci ildə göstərdikləri yüksək səviyyəli çıxışlarına görə futbolçularımızın qarşısında baş əyirik. Təbii ot örtüyündən süni ot örtüyünə keçid bizim futbolumuzun ən böyük bəlası olub. Ona görə futbolçularımızın meydançaya uyğunlaşması çətin oldu. Müdafiədə bu gün Mitreskinin yoxluğu öz sözünü dedi".