Şəhriyar Aronyanla heç-heçəyə razılaşdı
22.08.2018 , 10:31
ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinquefield Cup” turnirinin IV turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşıb
Oyun 24-cü gedişdən sonra heç-heçə ilə yekunlaşıb – 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 2,5-ə çatdırıb.
Qeyd edək ki, 4 turdan sonra Şəhriyarla yanaşı, Qrişuk və Aronyanın da aktivində 2,5 xal var. 2 xalı olan dünya çempionu Maqnus Karlsen isə Vişvanatan Anandla üz-üzə gəlir.
Əlavə edək ki, 10 şahmatçının yarışdığı “Sinquefield Cup”ın qalibi 75 min dollar qazanacaq.