“Səbail”də növbəti ayrılıq
02.06.2022 , 15:02
“Səbail” müdafiəçi Camal Araqo ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib.
Araqo 2021/2022 mövsümündə 28 oyuna çıxıb.
“Səbail” daha əvvəl Nikolas Raysel, Domantas Şimkus, İbrahim Aslanlı ilə yollarını ayırmışdı.