Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “Porec Trophy” yürüşü Azərbaycanın “Synergy Baku” komandası üçün möhtəşəm nailiyyətlə yadda qalıb.
Korner.az-ın Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat xidmətinə istinadən məlumatına görə, 149 km məsafəyə mübarizədə “Synergy Synergy Baku Cycling Projectnun ukraynalı velosipedçisi Maksim Averin yeni komandasının heyətində debüt yürüşündəcə 3 saat, 32 dəqiqə, 22 saniyə nəticə göstərərək finişi birinci keçib və yarışın qalibi adını qazanıb.
195 velosipedçinin mübarizə apardığı yürüşdə komandamızın digər üzvləri, irlandiyalı Filip Laveri və Konnor Makkonvey müvafiq olaraq 59 və 77-ci, ukraynalı Aleksandr Surutkoviç 85-ci olub.
“Mən çox xoşbəxtəm” – deyən Maksim Averin həyatında ilk dəfədir ki, ilin ilk yürüşündəcə qələbə qazandığını sözlərinə əlavə edib.