Super Liqa klubunda daha 2 yoluxma
16.12.2020 , 19:32

“Ərzurumspor”da daha iki nəfər koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Testi pozitiv çıxanlardan birinin futbolçu, digərinin isə klub işçisi olduğu bildirilir. Onların adları açıqlanmayıb. Həmin şəxslər karantinə alınıb.
