Azərbaycan klublarının yay transfer bazarlığı davam edir.
Korner.az-ın məlumatına görə, “Sumqayıt” klubu Almaniyanın IV regional liqasında çıxış edən “Berliner Ak” klubunda çıxış etmiş Kiyan Sultanpuru heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, karyerasına “Union Berlin” klubunun A2 (91 oyun, 54 qol) komandasında başlayan Sultanpur 2011-2013-cü illər ərzində Dortmund “Borussiya”sının A2 komandasının formasını geyinib.
