“Sumqayıt”ın hazırlıq planı
20.06.2022 , 16:31

“Sumqayıt” iyunun 27-dən etibarən 2022/2023 mövsümü üçün hazırlıqlara start verəcək.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyulun 15-dək Sumqayıtda keçiriləcək.
Aleksey Baqanın komandası bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.
“Sumqayıt” hazırlığın ikinci mərhələsini iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. Komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix hələlik açıqlanmayıb.
