Vurğun Hüseynov “Sumqayıt”dan ayrıla bilər. Fanat.az xəbər verir ki, 25 yaşlı müdafiəçi “İnter”in maraq dairəsindədi.
Korner.az-ın məlumatına görə, “bankirlər”in baş məşqçisi Kaxaber Tsxadadze onun xidmətində maraqlıdı. Vurğun özü də daha iddialı klubda oynamaq istəyir.
Qeyd edək ki, cari mövsümdə zədə səbəbindən bir müddət meydandan kənarda qalan Vurğun 15 Premyer Liqa matçında 1149 dəqiqə oynayıb. O, əvvəllər “Turan” və “Qəbələ”də çıxış edib, milli komandada 12 oyun keçirib.
