Sumqayıt” klubunun daha iki üzvü “Trabzonspor”un düşərgəsinə yollanacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, “bordo-mavililər” Orxan Əliyevdən başqa, "Sumqayıt"ın hücumçusu Ruslan Nəsirli və yarımmüdafiəçisi Şamil Cəmaləddinovu da baxışa dəvət edib.
Bu gün “Sumqayıt”a “Trabzonspor” klubunun rəsmisi Özkan Sümer tərəfindən faks daxil olub.
Qeyd edək ki, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov yanvarın 22-dən 29-dək “Trabzonspor”un düşərgəsində olacaq.