“Sumqayıt”dan yeni hücumçu
18.08.2022 , 20:12

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, “kimyaçılar” “Çukariçki”dən Almir Aganspahiçi icarəyə götürüb. Bu barədə Serbiya klubunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı forvard 2023-cü ilin yayına qədər “Sumqayıt”da çıxış edəcək.
Bosniya və Herseoqvinanın U-21 millisində 3 oyuna çıxan hücumçu “Çukariçki”dən əvvəl “Novi Pazar”, “Sarayevo”, “Osiyek”, “Raufoş”, “Mladost”, “Krupa” və “Çelik” klublarında da forma geyinib.
