“Sumqayıt”da yeni təyinat
21.07.2022 , 14:31
2022/23 mövsümündə I Divizionda çıxış edəcək “Sumqayıt-2”-nin baş məşqçisi postuna təyinat gerçəkləşib.
Korner.az xəbər verir ki, qarşıdakı mövsümdə həmin vəzifəni Vüqar Quliyev icra edəcək.
2014-cü ildən akademiyada müxtəlif yaş qruplarında fəaliyyət göstərmiş mütəxəssis ötən mövsüm “Sumqayıt”ın U-17 komandasını çalışdırıb.