Azərbaycan millisinin üzvü Fərcad Pərdis keçmiş klubu “Sumqayıt”a geri dönüb.
Korner.az xəbər verir ki, mövsüm sonunda komandadan ayrılan Pərdis İranın “Traxtorsazi” klubuna transfer olmağa hazırlaşırmış. Lakin futbolçunun sənədlərində yaranan problem nəticəsində transfer baş tutmayıb.
Buna görə millimizin üzvü “Sumqayıt”a üz tutub.