“Sumqayıt”dan heç-heçə, “Neftçi” “Zirə”yə qalib gəldi
26.08.2022 , 22:32
Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
Əvvəlcə “Sumqayıt” “Turan Tovuz”u qəbul edəcək. Görüş 0:0 hesablı heç-heçə ilə bitib. Digər qarşılaşmada “Zirə” “Neftçi”nin qonağı olacaq. Meydan sahibləri bu görüşdə 2:1 hesablı qələbə qazanıb.
Tura avqustun 27-i və 28-i keçiriləcək matçlarla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
IV tur
26 avqust (cümə)
18:00. “Sumqayıt” – “Turan Tovuz” – 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev
“Kapital Bank Arena”
20:30. “Neftçi” – “Zirə” – 2:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”