“Sumqayıt” daha bir futbolçu ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, gənclik şəhəri təmsilçisi Anar Nəzirovun “Qəbələ”yə keçidindən sonra daha bir qapıçı ilə vidalaşıb.
Belə ki, “Sumqayıt” Elçin Sadıqova qapını göstərib. “Tavşanlı Linyitspor”dan Andrey Popoviçi heyətinə qatan komandanın heyətində hazırda 19 yaşlı qapıçı Tərlan Əhmədli də yer alıb.
Qeyd edək ki, Elçin cari mövsümdə Premyer Liqda 1 oyuna çıxıb və 45 dəqiqə oynayıb. Kubokda da 1 oyuna çıxan 24 yaşlı qolkiper “Sumqayıt”dan əvvəl “Neftçi”də çıxış edib.