“Sumqayıt” – “Çukariçki”: hakimlər açıqlandı
24.07.2021 , 13:58
Konfrans Liqasının II təsnifat mərhələsinin “Sumqayıt” – “Çukariçki” (Serbiya) oyunun hakimləri müəyyənləşib.
Korner.az xəbər verir ki, görüşə Danimarka Futbol Federasiyasının hakimləri təyinat alıb. Görüşün baş hakimi Yorqen Burxardt olacaq. Ona yan xətlərdə Lars Hummelqor və Nils Hoq köməklik edəcək. Dördüncü hakim funksiyasını Sandi Putros yerinə yetirəcək.
Sözügedən matç iyulun 29-u Sumqayıtda keçiriləcək. Serbiyadakı ilk görüşdə qapılara qol vurulmayıb.