Luiz Suarezin oyunçuları dişləməsi çinlilərə ilham verib.
Korner.az xəbər
verir ki, çinlilər “Liverpul”un uruqvaylı hücumçusunun dişləmək
bacarığından istifadə etmək imkanlarını düşünüblər.
İstehsalçılar “El Pistolero” adlı
qapaq açanları yaratmağa futbol tarixinin “vampir”i adlanan Suarez səbəb
olub.
Xatırladaq ki, gənc hücumçu mundialda Uruqvay – İtaliya matçında rəqib
komandanın müdafiəçisi Ciorco Kyellininin çiynini dişləyib. Bu, uruqvaylı
futbolçunun karyerası ərzində üçüncü oxşar hadisədir.