Hücumçu axtarışlarına ara vermədən davam edən “Real” Luiz Suarez üçün növbəti təklifini etməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, “Kral” klubu uruqvaylı futbolçu üçün “mersiyadlılar”a 50 milyon avro təklif etməyi planlaşdırır.
Suarezin İngiltərə klublarına satılmayacağını açıqlayan “Liverpul” rəhbərliyinin bu təklifi müsbət qarşılaması gözlənilir.
