Ermənistan milli komandasının havbeki Aras Özbiliz karyerasını Moskvada davam etdirəcək.
Korner.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, “Spartak” “Kuban”lı futbolçuyla anlaşıb.
Erməni futbolçunun keçidi moskvalılara 6 milyon avroya başa gələcək.
Qeyd edək ki, İstanbulda doğulan, peşəkar futbolçu karyerasına “Ayaks”da başlayan 23 yaşlı Aras cari mövsümdə “Kuban”ın forması altında 2 oyuna çıxıb və 2 qol vurub.