“Real” (Madrid) klubu “Atletiko”da icarə əsasında oynayan “Çelsi”nin futbolçusu Tibo Kurtua ilə ilkin müqavilə imzalayıb.
Korner.az-ın xəbərinə görə, bu barədə İspaniyanın “Cadena Ser” radiosunun idman proqramında məlumat verilib.
Belçikalı qolkiperin mövsüm başa çatdıqdan sonra “kral klubu”nda oynayacağı bildirilib.
Qeyd edək ki, “Atletiko” Kurtuanı komandada saxlamaq istəyir. Bu məqsədlə klub “Çelsi”yə təklif göndərsə də, müsbət cavab almayıb.