Madrid “Real”ının hücumçusu Alvaro Morata “Arsenal”a keçməyə razılıq verib.
Korner.az-ın məlumatına görə, bu barədə AS xəbər yayıb. Məşhur dərginin junalisti Gilyem Balage öz “Twitter” hesabında bunları yazıb:
“Моrata “Arsenal”a keçməyə razılıq verib. Bir şərtlə ki, klublar öz aralarında transferin dəyərini həll etsinlər. Futbolçu Madrid klubunun rəhbərliyindən “Arsenal”ın təklifini qəbul etməyi xahiş edəcək”.
Morata Kral klubunun heyətində 37 oyuna 5 qol vurub.