Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Qəbələ”yə 3 cavabsız qolla qalib gələn “Simurq” cavab oyununa ciddi itki ilə çıxacaq.
Korner.az-ın məlumatına görə, Zaqatala klubu martın 13-də baş tutacaq cavab matçında əsas heyət üzvü Samir Zərgərovun xidmətindən yararlana bilmətəcək. Buna səbəb isə “Qəbələ”ylə oyunda Samirin sarı vərəqə almasıdır. Daha əvvəlki turda da “sarı” alan Zərgərov “Qəbələ” ilə cavab oyununda meydana çıxmayacaq.
