Yeni mövsümün hazırlıqları üçün Sloveniyada olan “Simurq”, təlim-məşq toplanışını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub prezidenti Anar Bəkirovunda izlədiyi ilk yoldaşlıq görüşündə “Aluminiy”i baxışda olan çexiyalı hücumçu Lukas Tresnakın qolu sayəsində minimal hesabla məğlub edib. Zaqatala təmsilçisi, ikinci yoxlama görüşünü iyulun 9-da keçirdəcək. Komandamızın rəqibi Makedoniyanın “Vardar” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
Qeyd edək ki, hazırlıqları ara vermədən davam etdirən “Simurq”, bu gün bir məşqlə kifayətlənib. Məşqçilər korpusu səhər hazırlığından sonra yetirmələrinə istirahət verib.
