“Simurq” “Xəzər Lənkaran”la qarşılaşmaya hazırdı.
Korner.az-ın məlumatına görə, baş məşqçi Georgi Çixradze üçün xüsusi önəm daşıyan bu matçda “sarı-qaralar” qalib gəlmək üçün saatları saymağa başlayıb. Çünki “Simurq” cənub təmsilçisini məğlub edəcəyi halda yenidən turnir cədvəlinə şəriksiz liderlik edəcək.
Cari mövsümdə “Simurq” məhz ilk dəfə birinci dövrədə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə “Xəzər Lənkəran”ı məğlub edərək zirvəyə yüksəlmişdi. Bu həm də Zaqatala təmsilçisinin Premyer Liqa tarixində lənkəranlılar üzərində qazandığı ilk qələbə idi.