Təlim-məşq toplanışı üçün Sloveniyaya yollanan “Simurq” klubuna 4 yeni oyunçu cəlb olunub.
Korner.az-ın məlumatına görə, əvəzedici heyətdə özünü göstərmiş İlqar Hüseynov, Sahib Abbasov, Kənan Müslümov, Oruc Balaşlı əsas heyətin toplanışında iştirak etmək hüququ qazanıblar.
Bu barədə məlumatı Futbol11.az saytına “Simurq” klubunun əvəzedici heyətinin baş məşqçisi Rövşən Babayev bildirib.