Bu gün “Simurq”un qış təlim-məşq toplanışı başlayır.
Korner.az-ın məlumatına görə, Zaqatala klubu bu məqsədlə Antalyaya üz tutub.
Lakin “Simurq” səfərə tam heyətlə çıxmayıb. Belə ki, baş məşqçi Giorgi Çixradze Orxan Səfiyaroğlunun xidmətindən imtina edib. Gürcü mütəxəssis hazırlıq səviyyəsindən narazı olduğu yarımmüdafiəçini ölkədə saxlayıb.