Şeydayev ehtiyatda qaldı, “Dinamo” xal itirdi
02.11.2019 , 17:46
Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Dinamo” doğma meydanda “Axmat”la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Ramil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Dinamo” hazırda 15 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.