big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Sentyabrın 15-də Fan Zona əyləncəsi start götürəcək

11.09.2012 , 11:08

Bu il 22 sentyabr – 13 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararsı dünya çempionatının ən əyləncəli hissəsi olan Fan Zona Dənizkənarı Parkda quraşdırılmağa başlayıb. Fan Zonada çempionatın milli dəstəkçiləri SOCAR, Bakcell, Xalq Bank və Paşa Sığorta, eləcə də VISA, Hyundai, Coca Cola kimi FIFA partnyorlarının da stendləri daxil olmaqla 12 stend və müxtəlif attraksionlar quraşdırılacaq. Fan Zonanın əsas məqsədi yalnız stadionlarda deyil, həmçinin şəhər mərkəzində də futbol atmosferi yaratmaq, çempionat ab-havasını şəhər əhalisinə hiss etdirməkdir. 3000 m2 sahədə quraşdırılacaq Fan Zona Dövlət Kukla Teatrının arxa hissəsindən başlayan böyük bir sahəni əhatə edəcək. Girişi pulsuz olacaq Fan Zonada azarkeşlər attraksionlardan istifadə edə və çoxlu pulsuz hədiyyələr qazana, həmçinin hər axşam təşkil olunacaq lotoreyaya qoşula və əylənə bilərlər. Çempionat həyəcanını yaşamaq istəyən hər kəsin stendlərdən həmin günün konsert proqramı ilə bağlı məlumat almaq imkanı da olacaq. 15 sentyabr tarixində açılacaq və çempionatın final gününə qədər davam edəcək böyük əyləncə bazarında müxtəlif suvenirlərin, çempionatı simvolizə edən kiçik əşyaların satışı da təşkil olunacaq. Burada həmçinin başı əyləncəyə qarışıb yeməyi unudan əyləncəsevərlər üçün yemək satışı, çempionat həyəcanından təsirlənib oyunu seyr etmək istəyənlər üçün bilet satışı da təşkil olunacaq.
Qalibiyyət üçün 32 oyun, 90 dəqiqə mübarizə aparacaq 16 komandanı dəstəkləmək, sevdiyiniz ölkəyə azarkeşlik etmək və ya ümumilikdə futbol eşqini üzərinizdə daşımaq, simanıza həkk etmək üçün “face painting” (üz rənglənməsi) nöqtəsi də sizlərə təqdim ediləcək.
Qeyd edək ki, 29 gün davam edəcək Fan Zona əyləncəsi müddətində yerli və xarici müğənnilərin iştirakı ilə möhtəşəm konsert proqramları təşkil olunacaq.

AFFA.az

Son yazılar

To Top