Braziliya millisinin və “Şaxtyor”un (Donetsk) oyunçusu Fredə ağır cəza tətbiq oluna bilər.
Korner.az-ın məlumatına görə, dopinq testindən keçən 22 yaşlı yarımmüdafiəçinin qanında qadağan olunmuş maddə aşkarlanıb.
Amerika kubokunda Freddən analiz götürülüb. İlk yoxlama zamanı onun qanında qadağan olunmuş preparat tapılıb. Bu gün Fred növbəti dəfə analiz verəcək. Əgər nəticə müsbət olarsa, onda braziliyalı futbolçu iki il yaşıl meydanlardan uzaq qala bilər.
Qeyd edək ki, Fredin bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Fənərbaxça” ilə ilk qarşılaşmada iştirak etməyəcəyi gözlənilir.
