“Neftçi” ilə qolsuz bərabərə qalan “Partizan”ın kapitanı Saşa İliç oyun haqda fikirlərini bildirib.
Korner.az– ın məlumatına görə, İliç nəticəni bəxtlərinin gətirməməsiylə əlaqələndirib.
“Meydanda baş verənləri nəzərə alsaq, “Neftçi” ilə qarşılaşmada qalib gəlməli idik. Üstünlük bizim tərəfimizdə idi. Xeyli qol imkanları da yaratdıq. Amma qələbə qazana bilmədik. Bir az bəxtimiz gətirsəydi, qalib gələrdik”.