big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

San-Fransisko sərgüzəştləri (YAZI)

31.05.2014 , 05:16

Yığma çərşənbə günü növbəti oyununa çıxdı. Qaçmağa (daha doğrusu, iməkləməyə) çalışanlardan ibarət topluluğa milli demək olarsa. Və onların oynadığı şeyi də futbol adlandırmaq da nə qədər düzgündüsə….

Gəzin, yeyin-için, kef edin!
Hələ oyundan günlər öncə yığmanın ABŞ-a futbol oynamağa yox, gəzməyə, dincəlməyə ən yaxşı halda isə Foqtsun diliylə desək, rəqibdən nəsə öyrənməyə getdiyi məlum idi. Necə deyərlər, görünən dağa bələdçi lazım deyil. ABŞ-a gəzintiyə gedən futbolçularımız meydanda da elə gəzişməklə yadda qaldılar (bağışlayın, futbolçu dedim). Ultramüdafiə futbolu oynayan, meydanın mərkəzini keçə bilməyən, topla təmasda ikən sanki nüvə bombasına toxunurmuş kimi təsəvvür yaradanların AÇ-2016 yox, lap AÇ-2032-də də iştirakı şirin yuxudan başqa bir şey deyil. İllər keçir, amma millini oyunununda nəsə bir yenilik, “Məmmədağa vur qabağa” taktikasında hər hansı dəyişiklik gözə çarpmır. Yox, mən ABŞ-da yerli komandaya məğlub olmağa görə yığmanı qınamaq fikrindən uzağam. Lap məşhur parodiyada deyildiyi kimi, “0:2 uduzmağa görə kimin “duxu” çatar ki, Foqtsa və yetirmələrinə güldən ağır söz desin?” Amma uduzanda belə mübarizə apararaq,əlindən gələnin ən yaxşısını edərək məğlub olmaq lazımdır ki, bayram günü yuxusuna haram qatıb televizor arxasına keçənlərin əlində gələcəyə nikbin baxmaq üçün əsas olsun. Bu oyunlamı gedəcəksiniz AÇ-2016-ya? Güldürməyin məni.

ABŞ-dan yox,Çernoqoriyadan öyrənin!
Hər əlinə düşən fürsətdə futbol oynamağı rəqibdən öyrənməli olduğumuzu deyən, özünü Azərbaycan futbolununun xilaskarı sayan Foqtsdan  Çernoqoriyaya boylanmasını istəyirəm. Yuqoslaviyanın qanlı caynaqlarından yenicə qurtulmuş bu torpağın övladları futbolla öz xalqlarına azadlığı yenidən bəxş ediblər (bizimkilər hələ ki əsəbdən və stressdən başqa bir şey bəxş etməyiblər bizə). Əhalisi cəmi 685 min (!!!) olan Çernoqoriya 2006-da Serbiyadan ayrılıb. (DÇ-2006 Serbiya və Çernoqoriyanın birlikdə çıxış etdiyi son turnir olub. Həmin  heyətdə cəmi  1 çernoqoriyalı futbolçu yer alırdı.) 2007-ci ildə UEFA-ya üzv qəbul edilib. Sənədləri vaxtında çatdıra bilmədiklərindən, AÇ-2008-in seçmə mərhələsində iştirak edə bilməyib. Hörmətli Foqts həzrətləri, sən 6 ildə bizə futbolu “öyrədib” qutarmamısan, onlar isə 6 ilə bunu öyrəniblər və artıq əməli fəaliyyətə keçiblər. Hörmətli Foqts həzrətləri, onlar yaranma tarixlərindən cəmi 3 il sonra FİFA reytinqində 15-ci sırada (iyun 2011) yer aldılar, bizim isə hələ də 85-ci pillədən yuxarı boylanmağa boyumuz və iddiamız çatsa da, gücümüz çatmır. Hörmətli Foqts həzrətləri, sən bizə hələ də AÇ-2016 vədləri  verirsən, onlarınsa  AÇ-2012-yə getməyə təcrübələri çatmadı (pley-ofda Çexiyaya məğlub oldular). Hörmətli Foqts həzrətləri, sən hələ də çernoqorların qatıldığı ilk rəsmi turnir olan DÇ-2010-un seçmə mərhələsində birnəfəsə yığıdğı 9 xalın “şotu”na hələ də Bakıda özünə daldalanacaq tapa bilirsən (həmin 9 xalı necə yığdığımızı bir biz, bir də Allah bilir.) Hörmətli Foqts həzrətləri, onlar üçün 4-cü yer uğursuzluq hesab olunur, bizim üçünsə analoqu olmayan inkişaf. Hörmətli Foqts həzrətləri, sənin çernoqoriyalı həmkarın Branko Brnoviç ilə 15 min avro qazanır, sən isə hər ay bu ölkədən kisələrlə pul aparırsan. Hörmətli Foqts həzrətləri, onlara xaricdə təlim-məşq toplanışı keçmək nəsib olmayıb,sən və yetirmələrin isə Dubaydan vurub Himalaydan, San-Fransiskodan vurub, Tokiodan çıxırsınız. Hörmətli Foqts həzrətləri, onların baş məşqçisi İngiltərə ilə maçdakı heç-heçəyə görə təəssüfləndiyini deyir, sən isə hər dəfə bu top-rəqiblərə qarşı maçlarda darmadağınlardan sonra “onlardan öyrənməli çox şeyimiz var” – deyirsən. Hörmətli Foqts həzrətləri, Çernoqoriya millisində oynamaq üçün atadan-anadan çernoqoriyalı olmaq lazımdır, sən isə millini Dmitri Nazarov, Əli Gökdəmir, Ufuk Budak, Cihan Özkara kimi futbolçular üçün sınaq poliqonuna çevirmisən.


Dəclədən Atlantikə

Bildiyim qədəri ilə, yoldaşlıq oyunlarında rəqibin seçilməsində Foqts bilavasitə iştirak edir. Onun son 2 ildə millimizə rəqib kimi “uyğun bildiyi” komandaların adlarına nəzər yetirək: Sinqapur, Hindistan, Bəhreyn, Fələstin, Filippin, Andorra, Qırğızıstan, Malta, Lixtenşteyn, Yaponiya, ABŞ, Qətər… İlk baxışdan insanda elə təsəvvür yaranır ki, Foqts özünün və yetirmələrinin dünyanın ən ekzotik, turistik bölgələrini gəzə bilməsi üçün məhz bu rəqibləri seçib. Halbuki bura gətirləndə deyilirdi ki, səviyyəli məşqçi yoldaşlıq oyunlarında səviyyəli rəqiblərin seçilməsində bilavasitə yardımçı olacaq. Nədənsə bunu görmürəm. Hələ aprelin əvvəllərində Uruqvay millimizlə yoldaşlıq görüşü keçirmək istəmiş, amma nə sirri-ilahdısa, Foqts həzrətləri bu təklifi rədd etmişdi. Sanki ABŞ-la oyuna görə çempionatın təqvimini “şumladan”, kubokun finalının 28 may kimi gözəl bir tarixdə keçirilməsini əlimizdən alan o deyil. Hələ mən onun ABŞ-la “siğə”sindən söz açmıram. Öz aramızdı, hansı ölkənin baş məşqçisi oyun olmayan vaxtlarda başqa millidə işləyər? (Burda deyiblər e, “bizə umac ola bilmir, gedib ABŞ üçün əriştə kəsir”.) Nə olsun ki, həmin vaxt millinin oyunu və təlim-məşq toplanışı keçirilməyəcək? Oturub-duranda AÇ-2016-nın final mərhələsindən danışırsan. Dünya çempionatında bizim Avropa çempionatındakı rəqiblərimiz İtaliya ilə Xorvatiya da iştirak edir. Get Braziliyada rəqiblərimizin oyununu izlə, təhlil et. Bunu etmək əvəzinə, gedib ABŞ-a yardımçı olursan. Sadəcə olaraq de ki, mənim şəxsi maraqlarım sizin milli maraqlarınızdan üstündür.  Bəlkə də, ABŞ-la Almaniya bir qrupda yer aldığından, Foqts-Klisman cütlüyü özlərini həmvətənlərinə sübut etmək, onları hesabdan silməyin erkən olduğunu bildirmək üçün belə bir addım atıblar. Əmin olduğum bir şey var: bir alman 9 mlyon azərbaycanlını barmağına dolayıb.

Oynamağa, yoxsa söyməyə?
San-Fransiskodakı oyun millimiz adına, daha çox, futboldankənar hadisə ilə yadda qaldı. Kamran Ağayev bayram günü yuxusuna məhəl qoymayaraq hamınını eşidəcəyi tərzdə burada yazılması mümkün olmayacaq sözlər işlətdi.  Şəxsi arxivimi araşdırarkən bu ilin fevralında hazırladığım yazını tapdım. Oradan bir neçə cümləni xatırlamaq yerinə düşər. “Kamranın nə “Bakı”da nə də “Xəzər Lənkəran”da möhkəmlənə bilməməsinin əsas səbəbi xarakterdir. Qapıçılar hər zaman yüksək intizamı və komandaya liderlik etmək qabiliyyəti ilə seçiliblər. Təəssüf ki, ölkəmizin 1 nömrəli qapıçısında bu keyfiyyətləri görmürük. Və əgər bu xasiyyətiini dəyişməsə, məhv olub gedəcək.” Zaman göstərdi ki, sözlərimdə heç də yanılmamışam. Söz onda yox ki, Ağayev ölkəmizdə perspektiv vəd edən, Avropada oynaya biləcək gücdə olan tək-tük futbolçularımızdandır. Amma bu o demək deyil ki, göylə getməlidir. Əlbəttə, bu cür hadisələr təkcə bizdə baş vermir. Amma özünə və publikaya hörmət edən peşəkar futbolçu hər kəsin eşidə biləcəyi tərzdə etikadan kənar söz işlətməz. Dodaq oxuma texnikasının kəşf olunduğu bu dövrdə futbolçular bir-birinə iradlarını əlləri ilə ağızlarını örtərək çatdırırlar. Kamran isə sözün əsl mənasında bağırır.  Elvin Yunuszadə isə deyir ki,  Kamran onu söyməyib, əksinə, Kamranla birləşib, rəqib oyunçunu söyüblər. İnsanda qeyri-ixtiyari sual yaranır: “Siz meydana futbol oynamağa çıxırsınız, yoxsa rəqibi söyməyə?” Yox, mən futbolçuları qınamıram. Hər həftə  bir analoqsuz qərar çıxardan İcraiyyə Komitəsi bizimkilərin başının altına elə yastıq qoyub ki, artıq belə hoqqaların beynəlxalq arenada da keçərli olduğunu düşünürlər.

P.S. Nə qədər ki, burada pulu, adamı olan qabağa, istedadı olan isə geri çəkiləcək, belə şeyləri çox görəcəyik. Yetər artıq futbolumuzu kiminsə şəxsi maraqlarına qurban verdiniz! Yetər artıq cılız bu gün üçün böyük gələcəyi təxirə saldınız!

Ürfan Məmmədzadə

Son yazılar

To Top