“Sampdoriya”nın 15 üzvü koronavirusdan sağaldı
15.04.2020 , 18:57

“Sampdoriya”nın koronavirusa yoluxan futbolçuları sağalıb.
Korner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Klaudio Ranyeri yerli mətbuata açıqlamasında deyib.
O, infeksiyaya yoluxan oyunçuların son testlərinin mənfi çıxdığını bildirib.
Qeyd edək ki, Genuya təmsilçisinin 15 üzvü COVID-19 virusuna yoluxmuşdu.
