“Şamaxı”nın oyunu yarımçıq dayandırıldı
11.01.2023 , 20:35
“Şamaxı” Antalyada təlim-məşq toplanışında bu gün iki yoldaşlıq oyunu keçirəcək.
Korner.az xəbər verir ki, bölgə təmsilçisi öncə Qazaxıstanın “Kaysar” klubu ilə üz-üzə gəlib. Matçda hesab açılmayıb.
“Şamaxı” ikinci oyunu Rumıniyanın “Botoşani” komandasına qarşı keçirirdi. 18:30-da start götürən oyun ikinci hissədə yarımçıq dayandırılıb. Buna səbəb güclü yağışın yağmasıdır.