“Araz-Naxçıvan”dan yeni transfer
15.10.2024 , 16:30

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Korner.az xəbər verir ki, yerli azarkeşlərə də yaxşı tanış olan Sezar Meza Kolli azad agent kimi heyətə cəlb olunub.
33 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” / “Keşlə” / “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.
