“Yuventus”a keçir?
14.10.2024 , 17:29

“Everton”un hücumçusu Dominik Kalvert-Lyuin klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Futbolçunun xidmətində “Yuventus” maraqlıdır.
Turin təmsilçisi mövsümün sonunda “Everton”la müqaviləsi başa çatan 27 yaşlı oyunuçunu azad agent kimi heyətinə qatmaq istəyir.
