“Şalke”də yeni hücumçu
04.09.2020 , 18:51
“Şalke” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Herta”dan ayrılan Vedad İbişeviçi transfer edib.
36 yaşlı bosniyalı hücumçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, İbişeviç 2015-ci ildən “Herta”da forma geyinirdi.