Şahmat üzrə Azərbaycan çempionu məlum oldu
18.02.2022 , 18:13
Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.
Korner.az xəbər verir ki, finalda Misrətdin İsgəndərova qalib gələn Məhəmməd Muradlı qızıl medal qazanıb.
İsgəndərov gümüş medalla kifayətlənib. Üçüncü yer uğrunda görüşün ikinci oyununda Vasif Durarbəyli Aydın Süleymanlı üzərində ikinci qələbəsini qazanıb. Bununla da, o, Azərbaycan çempionatının bürünc mükafatçısı olub.