“Sabah”ın şikayəti təmin edilmədi
24.12.2021 , 18:47
Apellyasiya Arbitraj Tribunalı “Sabah” klubunun AFFA İntizam Komitəsinin qərarından verdiyi şikayətə baxıb.
Korner.az xəbər verir ki, Nihad Cabbarov barəsində 4 oyunluq cəza qərarı qüvvədə saxlanılıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə “Sabah”ın apellyasiya şikayətinin təmin edilmədiyi qeyd olunub.
Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.