“Sabah”ın növbəti rəqibi məlum oldu
05.07.2021 , 17:41
“Sabah”ın yay təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqib məlum olub.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi iyulun 13-də “Keşlə” ilə üz-üzə gələcək. Görüş saat 19:00-da “Bank Respublika Arena”da keçiriləcək.
Qeyd edək ki, “Sabah” bu matçdan öncə, iyulun 9-da “Zirə” ilə oynayacaq. Görüş saat 19:00-da “Bank Respublika Arena”da olacaq.