“Sabah”da yeni baş məşqçi – Rəsmi
30.10.2021 , 16:56
“Sabah”da yeni baş məşqçi təyinatı gerçəkləşib.
Korner.az xəbər verir ki, rusiyalı mütəxəssis Murad Musayev əsas komandanın baş məşqçisi təyin edilib.
Bu barədə klubun saytı məlumat yayıb. 37 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Murad Musayevin son iş yeri Rusiyanın “Krasnodar” klubu olub (2018-2021).
Musayev komandada işinə gələn həftə başlayacaq.