“Sabah” “Səbail”ə qalib gəldi
14.07.2022 , 21:53
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv “Səbail”lə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
“Sabah” ilk sınaq matçında “Sumqayıt”a uduzub – 1:2. “Səbail” isə “Kəpəz”i məğlub edib – 3:1.