“Səbail”in stadionu FIFA sertifikatına layiq görüldü
22.08.2022 , 16:29
“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”da quraşdırılmış süni ot örtüyü FIFA-nın “Quality Pro” sertifikatına layiq görülüb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, ali futbol qurumunun keyfiyyət nişanı stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
Daha əvvəl Şamaxı şəhər stadionu da eyni sertifikatı alıb.